Bu fikirləri taekvando üzrə dünya çempionu, taekvando üzrə yığma komandanın böyük məşqçisi Rəşad Əhmədov deyib.
NUHÇIXAN dünya çempionunun jurnalistlərə açıqlamasını təqdim edir:
“Belə bir möhtəşəm tədbirdə iştirak etmək qürurvericidir. Bu gün burada Azərbaycan idmanını beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılar iştirak edirlər. Hər biri öz idman növündə, demək olar ki, ölkənin ən istedadlısıdır. Festivalın Naxçıvanda keçirilməsi həm də əlamətdar bir hadisədir. Çünki bir çox idmançımız məhz burada idmanın sirlərini öyrənib. Muxtar respublikada ilk dəfə təşkil olunan festival öz gözəlliyi, cəlbediciliyi ilə bütün idmançıların yaddaşında dərin iz buraxacaq. Keçmiş idmançı kimi öz peşəsini sevən, bu sahədə Azərbaycanın bayrağını dünya arenalarında dalğalandıran bütün idmançıların, məşqçilərin, idman ictimaiyyətinin bayramını təbrik edirəm”.
“Şərq Qapısı” qəzeti”