NUHÇIXAN xəbər verir ki, Olimpiya çempionu Fərid Mansurov jurnalistlərə müsahibəsində qeyd edib ki, ənənə halını alan idman festivalı bu dəfə ölkəmizin qədim diyarı olan Naxçıvanda təqdirəlayiq şəkildə təşkil olunub. Festivalda Azərbaycanın tanınmış idmançıları, məşqçilər, olimpiya, dünya çempionları və idman veteranları iştirak etdilər. Demək istərdim ki, Naxçıvandakı idman festivalı əsl bayram əhval-ruhiyyəsi ilə keçdi. Ayrı-ayrı federasiyaların yetirmələrinin nümayiş etdirdikləri nömrələrə baxdıq, ardınca da gözəl konsert proqramı oldu. Ümumilikdə, festival bənzərsiz çalarları ilə yadda qaldı. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi yeniyetmə və gənclərimizin idmana olan həvəsini daha da artıracaq. Ümidvaram ki, naxçıvanlı idmançılar gələcəkdə daha da uğurlu nəticələr əldə edəcəklər.
“Şərq qapısı” qəzeti