Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Asiya zonası oyunlarını yeni tip koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar təxirə salıb.
NUHÇIXAN Asiya Futbol Konfederasiyasına (AFC) istinadla xəbər verir ki, FIFA məsələ ilə əlaqədar konfederasiya ilə məsləhətləşmə aparıb və futbolla əlaqəli bütün şəxslərin sağlamlığı prioritet hesab edilib. Nəticədə mart və iyun ayına nəzərdə tutulan oyunlar qeyri-müəyyən müddətə təxirə salınması qərara alınıb.
FIFA Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq şəraitində epidemiya hadisələrinin gedişini monitorinq edəcək və oyunların vaxtı müvafiq məsləhətləşmələrdən sonra müəyyən ediləcək.
Qeyd edək ki, Çində ortaya çıxan və bütün dünyaya yayılan koronavirus Asiya ölkələrinin bir çoxunda kütləvi tədbirlərin, idman yarışlarının ləğvinə səbəb olub.