Martın 7-də Türkiyə Superliqasında XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” səfərdə "Qaziantep”in qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Hüseyin Avni Aker” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib (1:1).
Günün digər matçında isə "Başakşəhər" səfərdə "Göztəpə"nin qapısından üç cavabsız qol keçirib və ilk pilləyə yüksəlib. "Yeni Malatyaspor”-“Konyaspor” oyununda isə heç-heçə qeydə alınıb - 1:1.
Günün digər oyununda isə "Fənərbağça” “Dənizlispor” ilə qarşılaşacaq.
Bu tur çərçivəsində “Kasımpaşa”-“ Kayserispor”, “Rizəspor”-“Alanyaspor”, “Sivasspor”-Qalatasaray” və “Gənclərbirliyi”-“Antalyaspor” görüşləri keçiriləcək.