Türkiyə Superliqasında XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda "Dənizlispor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib (2:2). Matçın 44-cü dəqiqəsində İstanbul klubunun heyətində Tolqay Arslan ikinci sarı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.
Günün digər matçında isə "Başakşəhər" səfərdə "Göztəpə"nin qapısından üç cavabsız qol keçirib və ilk pilləyə yüksəlib. "Yeni Malatyaspor”-“Konyaspor” və "Qaziantep"-"Trabzonspor" oyunlarının hər ikisındə eyni hesablı heç-heçə qeydə alınıb - 1:1.
Bu tur çərçivəsində, həmçinin “Kasımpaşa”-“ Kayserispor”, “Rizəspor”-“Alanyaspor”, “Sivasspor”-Qalatasaray” və “Gənclərbirliyi”-“Antalyaspor” görüşləri keçiriləcək.