Martın 8-də Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun ikinci gününün oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, günün birinci matçı “ASCO Arena” stadionunda keçiriləcək. “Səbail” doğma meydanda “Zirə”ni qəbul edəcək. Oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun birinci günündə “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Sabah” oyunları keçirilib. Qəbələ təmsilçisi sumqayıtlıların qapısından beş cavabsız top keçirib. “Neftçi” isə “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 20 turun iki oyunundan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 37 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Qəbələ” (22), “Sabah” (21), “Zirə” (20) və “Səbail” (20) yer alıblar.