Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin son gününün yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda 6-7, 8-9 yaşlı oğlanlar və qızlar mübarizə aparırlar.
Turnir dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.