İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Bruyne ilə müqavilə müddətini artırmaq niyyətindədir.
NUHÇIXAN “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, yeni müqavilə ilə belçikalı futbolçu ildə 21 milyon avro məvacib alacaq. Hazırda K.Bruyne ildə 19,7 milyon avro qazanır. Kevin de Bruynenin müqaviləsi 2025-ci ilin iyulunadək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə mətbuatında UEFA-nın klubu iki mövsümlük avrokuboklardan uzaqlaşdırma qərarından sonra əsas heyət üzvlərinin, o cümlədən Sterlinq və De Bruynenin komandadan ayrılacağı bildirilirdi.
Cari mövsüm İngiltərə Premyer Liqasında Kevin 35 görüşdə meydana çıxıb və 9 qolla yadda qalıb.
“Mançester Siti” 57 xalla ikinci pillədə qərarlaşıb.