“Çelsi” öz meydanında “Everton”ı darmadağın edib

A- A A+

Martın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cü turunun növbəti oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, paytaxt təmsilçisi “Çelsi” öz meydanında “Everton” komandasını qəbul edib.
Görüş londonluların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Çelsi”nin heyətində Mason Mount, Pedro, Vilyam və Olivye Giru fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 48-ə çatdıran “Çelsi” dördüncü yerdəki mövqeyini qoruyub saxlayıb. “Everton” isə 37 xalla 12-ci yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: