Türkiyə Superliqası: “Sivasspor”- “Qalatasaray” matçında qalib müəyyənləşməyib

A- A A+

Martın 8-də Türkiyə Superliqasında XXV tur çərçivəsində keçirilən qarşılaşmada “Sivasspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

NUHÇIXAN xəbər verir ki, gərgin keçən qarşılaşmada tərəflər hər biri iki qol vuraraq heç-heçə ediblər. Sivas təmsilçisinin qollarını Hakan Arslan və Əmrə Qılınc vurub. İstanbul klubunun heyətində isə Radamel Falkao və Sofian Fequli fərqləniblər.

Günün digər matçında isə "Kasımpaşa" doğma divarlar arasında "Konyaspor"u 5:1 hesabı ilə darmadağın edib. "Rizəspor”-“Alanyaspor” oyununda isə heç-heçə qeydə alınıb - 1:1.

Türkiyə Superliqasının XXV turuna “Gənclərbirliyi” - “Antalyaspor” görüşü ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: