Martın 9-da Türkiyə Superliqasının XXV turunun yekun qarşılaşmasında “Antalyaspor” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.
NUHÇIXAN xəbər verir ki, gərgin keçən qarşılaşmada tərəflər hər biri bir qol vuraraq heç-heçə ediblər. Antalya təmsilçisinin qolunu Lukas Podolski (82) vurub. “Gənclərbirliyi” klubunun heyətində isə Covani Sio fərqlənib.
Türkiyə çempionatında hazırda turnir cədvəlinə 52 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 49 xalla iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (43 xal), “Alanyaspor” (40 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir.