“Paris Sen-Jermen” - “Borussiya Dortmund” matçı azarkeşsiz keçiriləcək

A- A A+

 

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində martın 11-də “Paris Sen-Jermen” və “Borussiya Dortmund” komandaları arasında oynanılacaq cavab görüşü koronavirusla əlaqədar azarkeşsiz keçiriləcək.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, koronavirusla əlaqədar Fransada 1000 nəfərdən artıq şəxsin toplaşması qadağan edilib. Bu qadağa futbol matçlarına da şamil olunub. Bütün hallarda yekun qərarı Paris prefekturası qəbul edəcək.

Görüş “Park de Prins” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya Dortmund” 2:1 hesabı ilə qələbə qazanıb.

Hazırda Fransada yeni koronavirusa yoluxanların sayı mini ötüb. Onlardan 19-u dünyasını dəyişib. İyirmi bir nəfər ağır vəziyyətdə olsa da, onlardan 12-sinin müalicəsi başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: