Martın 10-da qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.
NUHÇIXAN xəbər verir ki, altıncı turda turnir cədvəlinin lideri Xanım Balacayeva daha bir qələbə qazanaraq xalların sayını 5-ə
çatdırıb. Gülnar Məmmədova ondan yarım xal, Türkan Məmmədyarova isə 1 xal geri qalırlar.
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.