Azərbaycan Premyer Liqasının XX turunun ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Raysel Premyer Liqanın XX turunun ən yaxşı futbolçusu seçilib. Komandasının “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəldiyi matçda 90 dəqiqə meydanda olan fransalı yarımmüdafiəçi 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
N.Raysel XX turun rəmzi komandasının heyətində də yer alıb.