Türkiyə Superliqası: “Trabzonspor” liderliyə yüksəlib

A- A A+

Martın 11-də Türkiyə Superliqasının XIX turunun təxirə salınmış bir matçı keçirilib. Malatyada baş tutan qarşılaşmada “Yeni Malatyaspor” “Trabzonspor”u qəbul edib.

NUHÇIXAN xəbər verir ki, oyun 3:1 hesabı ilə qonaqların xeyrinə bitib. Görüşdə Trabzon təmsilçisinin qollarını Filip Novak (10), Joze Soza (30) və Antoni Nvakaeme (55) vurublar. “Yeni Malatyaspor”un heyətində isə Umut Bulut (44) fərqlənib.

Bu qələbə ilə “Trabzonspor” xallarının sayını 52-yə çatdıraraq liderliyə yüksəlib. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: