Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə aprel ayının sonuna qədər azarkeşsiz keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu qərara cari həftədə keçiriləcək futbol üzrə ölkə çempionatı da aiddir. Superliqanın XXVI turunun mərkəzi “Trabzonspor”-“Başakşəhər” və “Qalatasaray”-“Beşiktaş” matçlarıda azarkeşsiz keçiriləcəyi açıqlanıb.
Bu qərarı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, qərar bu gün koronavirusla bağlı keçirilən toplantıda qəbul edilib.