Avropa Voleybol Konfederasiyası bütün yarışların təxirə salındığını elan edib

A- A A+

Avropa Voleybol Konfederasiyası (CEV) bütün yarışların təxirə salındığını elan edib.

NUHÇIXAN xəbər verir ki, qurum bu qərarı koronavirus pandemiyasının Avropa ölkələrində geniş yayılması səbəbindən qəbul edib.

Qitə üzrə yığma və klub səviyyəsində bütün yarışlar aprelin 2-dək təxirə salınıb. Yalnız bir avrokubok cütünün qarşılaşmaları istisna təşkil edib.

Kişilər arasında CEV kubokunun yarımfinal mərhələsinin “Lokomotiv”-“Zenit” matçları eyni ölkədə oynanıldığı üçün baş tutacaq. Bu görüşlər martın 19-da və 26-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: