Martın 13-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın “Atalanta” klubunun hücumçusu Yosip İliçiç səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
Otuz iki yaşlı futbolçu İspaniyada “Valensiya”nı 4:3 hesabı ilə məğlub etdikləri səkkizdəbir final mərhələsinin cavab görüşündə 4 qol vuraraq pokerə imza atıb.
Futbolçu səsvermədə Marsel Zabitceri (“Leyptsiq”, Almaniya), Xuan Bernatı (“Paris Sen-Jermen”, Fransa), və Yan Oblakı (“Atletiko Madrid”, İspaniya) qabaqlayıb.