Bakıda keçirilməsi planlaşdırılan karate üzrə lisenziya xarakterli Avropa çempionatı ləğv edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Karate Federasiyasının rəsmi saytında məlumat verilib. Qitə çempionatı koronavirus infeksiyası səbəbindən ləğv olunub.
Qeyd edək ki. Avropa çempionatı martın 25-29-da keçirilməli idi.