İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizinci gününün ikinci oyununda “C” qrupunda yer alan Fransa və Peru milliləri qarşılaşıblar.
NUHÇIXAN xəbər verir ki, sürətli hücumlar şəraitində keçən oyunda Fransa millisi minimal hesabla qalib gələrək Rusiya və Uruqvay millilərindən sonra səkkizdəbir final mərhələsinə vəsiqə qazanan üçüncü komana olub.
Oyunda yeganə qolu matçın 34-cü dəqiqəsində Pol Poqbanın başladığı hücumu Kilyan Mbape qolla tamamlayıb. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb.
Bu qrupda dörd xalla Danimarka millisi ikinci, bir xala malik Avstraliya üçüncü, aktivində xal olmayan Peru yığması isə dördüncü yeri tutur.