Martın 15-də Türkiyə Superliqasının XXVI turunun üçüncü günündə “Trabzonspor” doğma meydanda “Başakşəhər”i qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Medical Park Arena”da keçirilən görüşdə qalib müəyyənləşməyib. Tərəflər bir qol vurublar. İstanbul təmsilçisinin heyətində Demba Ba (56) fərqlənib. Matçın 63-cü dəqiqəsində isə “Başakşəhər”in futbolçusu Martin Skrtel topu səhvən öz qapısına göndərib.
Günün digər matçında “Kayserispor” doğma meydanda “Yeni Malatyaspor”u 2:1 hesabla üstələyib. Hazırda “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Bundan əlavə, turda “Antalyaspor”-“Sivasspor” matçı keçiriləcək.
Türkiyə çempionatında hazırda “Trabzonspor” 53 xalla liderdir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar.