NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təklifi UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda irəli sürəcək.
Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Beləliklə, turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə cəmi 4 gün kifayət edəcək. Bu il UEFA Çempionlar Liqasının matçları Türkiyənin İstanbul, UEFA Avropa Liqası qarşılaşmaları isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.