UEFA koronavirus pandemiyasına görə Çempionlar Liqasının və Avropa Liqasının oyunlarını iyunun axırına təxirə salıb.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ali futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərarın 55 üzv milli assosiasiya ilə bugünkü videokonfransda açıqlanması nəzərdə tutulur.