UEFA “Avro-2020”i üçün alınan biletlərin geri qaytarıla biləcəyini açıqlayıb.
NUHÇIXAN qurum saytına istinadla xəbər verir ki, qurum bilet sahibi olanlara 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə ödədikləri məbləğin tam şəkildə qaytarılacağına zəmanət verib.
Gələn ay ərzində bu proses barədə elektron poçt və “euro2020.com/tickets” keçidi vasitəsilə əlavə məlumat veriləcək.
Xatırladaq ki, qərara əsasən turnir gələn il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.