Beynəlxalq Stolüstü Tennis Federasiyası COVID-19 virusu ilə əlaqədar müvəqqəti olaraq bütün tədbirləri təxirə salıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aprelin sonuna qədər keçirilməsi planlaşdırılan tədbirlər baş tutmayacaq.
Eyni zamanda, ölkəmizdə stolüstü tennis üzrə bütün kütləvi tədbirlər, həmçinin məşqlər təxirə salınıb.