Futbol üzrə İngiltərə Premyer Liqasının təxirə salınmış matçları azarkeşsiz və neytral meydanda keçirilə bilər.
NUHÇIXAN İngiltərə mətbuatına istinadla xəbər verir ki, Premyer Liqa rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılmasını müzakirə edir.
Gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır.
Xatırladaq ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.