Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının nümayəndəsi, Kanada yığmasının tərkibində dördqat olimpiya çempionu Heyli Uikenhayzer koronavirus pandemiyasına baxmayaraq, Tokioda Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi üzrə planları irəlilətdiyinə görə təşkilatı məsuliyyətsizlikdə ittiham edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Uikenhayzer öz Twitter səhifəsində yazıb. “MOK mövqeyində israr edir. Bəşəriyyətin indiki vəziyyətini nəzərə alaraq hesab edirəm ki, onlar tərəfindən bu, kobudluq və məsuliyyətsizlikdir. Biz yaxın 24 saat ərzində nə baş verəcəyini bilmirik, mən hələ üç aydan sonra nə olacağı barədə danışmıram”, - dördqat olimpiya çempionu belə deyir.
Uikenhayzer onu da qeyd edir ki, stadionların və digər idman obyektlərinin bağlandığı, daha çox ölkənin yerdəyişmə imkanlarını məhdudlaşdırdığı şəraitdə idmançılar normal məşq edə bilmirlər.
Çərşənbə axşamı günü MOK bildirib ki, indiki mərhələdə Tokioda keçiriləcək olimpiadaya hazırlıqlar davam edir. Məsələ ilə bağlı ardıcıl mövqe tutan Yaponiya hökuməti də koronavirusun yarışlara mane olmayacağı fikrindədir. Oyunlar 2020-ci il iyulun 24-dən avqustun 24-dək keçirilməlidir.