İtaliyanın “İnter” futbol klubunun müdafiəçisi Milan Şkrinyar Slovakiyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Jurnalistlər və məşqçilər arasında keçirilmiş sorğuda ikinci yeri “Nyukasl”ın qapıçısı Martin Dubrovka tutub. “Dalyan İfan”ın yarımmüdafiəçisi Marek Hamşik isə üçüncü olub.
Bratislavanın “Slovan” klubunu çalışdıran Yan Kozak isə Slovakiyada ilin ən yaxşı məşqçisi elan olunub.