İspaniyanın “Barselona” futbol klubu icarə əsasında “Bavariya”da çıxış edən futbolçusu Felipe Koutinyonu yenidən icarəyə verəcək.
NUHÇIXAN İspaniya mətbuatına istinadla xəbər verir ki, Münxen klubu mövsümün sonunda icarə müqaviləsi başa çatacaq braziliyalı yarımmüdafiəçini birdəfəlik almağı planlaşdırmır.
Hələlik F.Koutinyo üçün “Barslelona”ya təklif göndərən başqa klub olmadığından, Kataloniya təmsilçisi onu yenidən icarəyə göndərmək niyyətindədir.
Qeyd edək ki, ötən yay “Bavariya”ya keçən Koutinyo cari mövsümdə Bundesliqada keçirdiyi 19 oyunda 6 qol vurub.