Basketbol üzrə avroliqa turnirinin rəhbərliyi cari mövsümün nəticələrini ləğv etmək fikrində deyil.
NUHÇIXAN xəbər verir ki, turnirin rəhbərliyi Avropada koronavirusun fəsadlarının aradan qalxmasından sonra mövsümün bərpa ediləcəyini bildirib. İndiki məqamda isə çempionatın nəticələrinin ləğv olunması gözlənilmir. Bununla yanaşı, liqa rəhbərliyi mövsüm bərpa olunacağı halda onu məhz formata uyğun bitirməyi qərara alıb. Yəni, müntəzəm çempionat başa çatdıqdan sonra dörddəbir final, daha sonra isə dördlər finalı təşkil olunacaq. Eyni qayda avrokubok turnirinə də aiddir.
Amma vəziyyət daha acınacaqlı olarsa, avroliqa rəhbərliyi alternativ variantlar haqda fikirləşəcək.