Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, günün ilk qarşılaşması Belçika və Tunis yığmaları arasında oynanılacaq.
G qrupunun ilk turunda Belçika Panamanı 3:0 hesabı ilə üstələyib. Tunis isə İngiltərəyə 1:2 hesabı ilə məğlub olub. Belçika qələbə qazanacağı təqdirdə, növbəti mərhələni böyük ölçüdə təmin edəcək.
Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Cənubi Koreya Meksika ilə, Almaniya isə İsveçlə qarşılaşacaq. İlk turda Almaniya Meksikaya 0:1 hesabı ilə uduzub. İsveç yığması isə Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib. Almaniya bu matçda da qələbə qazana bilməsə, növbəti mərhələ şanslarını çətinləşdirəcək.
DÇ-2018
23 iyun
II tur
G qrupu
16:00. Belçika- Tunis
Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)
Moskva, "Spartak" stadionu
F qrupu
19:00. Cənubi Koreya - Meksika
Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)
Rostov-Don, "Rostov Arena"
22:00. Almania - İsveç
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)
Soçi "Fişt" stadionu