"Liverpul"un və Misir milli komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb.
NUHÇIXAN xəbər verir ki, yarımmüdafiəçini Çeçenistanın başçısı Ramzan Kadırov təltif edib.
O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım."