Məktəblilərin iştirakı ilə şahmat üzrə onlayn yarış keçirilib

A- A A+

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib. Yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, yarışda chess.com internet portalında qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib. Yarışlar 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

Onlayn formatda yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil olunub. Bu müddət ərzində onlayn yarışların daha geniş tərkibdə təşkili nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: