Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib

A- A A+

2021-ci ildə keçiriləcək atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020" Yay Olimpiya Oyunlarına görə dəyişdirilib. Belə ki, mundial 2022-ci ildə keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) rəsmi internet səhifəsində məlumat yayıb.

Məlumatda "World Athletics"in Beynəlxalq Olimpiya Komitəsinin cari ildə keçirilməsi nəzərdə tutulan "Tokio-2020"nin koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, atletika üzrə dünya çempionatı 2022-ci ildə ABŞ-ın Oreqon ştatında təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: