UEFA aprelin 1-də quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, videokonfransın əsas mövzusu milli çempionatlarda oyunların yenidən təxirə salınması məsələsi olacaq.
Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar dayandırılıb.