Almaniyanın “Bavariya” futbol klubunun avstriyalı müdafiəçisi David Alaba klubu ilə yeni müqavilə imzalamaqla bağlı təklifi rədd edib.
NUHÇIXAN Almaniya mətbuatına istinadla xəbər verir ki, o, təklif olunan şərtlərlə razılaşmayıb.
Bildirilib ki, tərəflər koronavirus səbəbindən danışıqları 2-3 həftəlik təxirə salıblar. Əgər növbəti həftələrdə tərəflər razılığa gələ bilməsələr, David ən yaxın transfer pəncərəsi dövründə komandanı tərk edəcək.
Qeyd edək ki, D.Alabanın Münxen klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.