17 yaşadək oğlan futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri təxirə salınıb.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında qəbul olunub.
Final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Həmçinin, apreldə keçirilməsi nəzərdə tutulan futzal üzrə UEFA Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb.