Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib.
NUHÇIXAN Fransa mətbuatına istinadla xəbər verir ki, müqavilə ilə "İnter"ə məxsus olan argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilir.
Futbolçu və onun meneceri olan xanımı Vanda Naranın PSJ-nin idman direktoru Leonardo ilə görüşərək qərarlarını söylədikləri qeyd olunub. Bundan sonra isə Paris klubu Milan təmsilçisi ilə M.İkardinin komandada qalması ilə bağlı danışıqları dayandırıb.
Qeyd edək ki, M.İkardi bu mövsüm Fransa liqasında 20 matça çıxıb və 12 qol vurub.