Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi ölkə çempionatında cari mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.
NUHÇIXAN xəbər verir ki, videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.