Beynəlxalq şahmat yarışlarının tarixində dəyişiklik edilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ali şahmat qurumu 2020-ci il yarışlarının 2021-ci ildə, 2021-ci yarışlarının isə 2022-ci ildə keçirilməsi variantını nəzərdən keçirir.
Məlumatda vurğulanır ki, ayrı-ayrı yaş qruplarında Avropa və dünya çempionatları, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyənlər bunu nəzərə almalıdırlar.
Müraciətlərin bu ilin sentyabrın 4-dək qəbul olunacağı qeyd edilir.