Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.
Əlli dörd yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart” və “Volfsburq” klublarını çalışdırıb.