Mütləq Döyüş Çempionatının (UFC) “UFC-249” turniri çərçivəsində keçiriləcək döyüşü koronavirus pandemiyası səbəbindən ləğv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qurumun rəhbəri Dana Uayt məlumat verib.
Qeyd edək ki, yüngül çəkidə çempionluq kəməri uğrunda turnirin aprelin 18-də əvvəlcə rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasında keçirilməsi planlaşdırılmışdı. H. Nurməhəmmədov karantin vəziyyətinə görə ölkəni tərk edə bilmədiyi üçün turnirdən imtina etmişdi. Daha sonra onu amerikalı Castin Qetjinin əvəz edəcəyi bildirilmişdi.