Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi videokonfrans zamanı bir sıra idman yarışlarının keçirilmə tarixinin koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilməsi məsələsini müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qərara əsasən, təsnifat mərhələsinin nəticələri yekun nəticə kimi qəbul edilib və xallar bu nəticəyə uyğun verilib. İdman gimnastikası üzrə dünya kubokunun final mərhələsi martın 14-15-də keçirilməli idi. Martın 12-13-də yarışın təsnifat mərhələsi baş tutmuşdu.