İspaniyanın "Sevilya" futbol klubunun müdafiəçisi Diyeqo Karlos "Liverpul" və ya "Barselona"ya keçə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi "TASS"a istinadən xəbər verir ki, bu barədə "Gazeta.ru"ya xəbər verir.
Məlumata əsasən, "Sevilya" braziliyalını satmaq niyyətində deyil. Qeyd edilir ki, futbolçunun müqaviləsində 75 milyon avro məbləği qeyd edilib, lakin "Barselona" bu məbləği ödəməyə hazır deyil.
"Barselona" transfer müqaviləsinə İvan Rakitiçi də daxil etməyi planlaşdırır.
Qeyd edək ki, D.Karlos cari mövsümdə "Sevilya"nın heyətində 25 oyun keçirib və iki qol vurub.