Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mayda Yaponiyaya planlaşdırılan səfərini koronavirus pandemiyasına görə ləğv edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tomas Bax səfər çərçivəsində “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq işlər ilə tanış olmalı idi. BOK rəsmisinin, həmçinin Xirosima şəhərində keçirilməli olan məşəl estafetində də iştirakı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.