Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçına çıxıb.
NUHÇIXAN-ın məlumatına görə, rəqib Bolqarıstan "Ludoqorets"i olub. Kössen qəsəbəsində keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Qara Qarayevin mərkəzdə yol verdiyi kobud səhvdən sonra "Ludoqorets"in futbolçusu Yakub Svierçok açıb. 53-cü dəqiqədə isə Dani Kintana bərabərlik qolunu vurub. Bununla da "Qarabağ" Avstriya toplanışına heç-heçə ilə başlayıb.
Qeyd edək ki, "Luqoqorets" son 7 mövsümdə Bolqarıstan çempionu olub. Razqrad şəhəri təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın "Kruzaders" komandası ilə üz-üzə gələcək. Ötən il "Ludoqorets" yay toplanışı zamanı "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.