Xəbər verildiyi kimi, Portuqaliya Futbol Federasiyası (FPF) 2020-ci ilin Avropa çempionatının finalı uğrunda seçmə mərhələsinə görə mükafatın məbləğinin yarısını COVID-19 koronavirusu səbəbindən ləğv edilmiş həvəskar futbol matçlarına dəstək fonduna keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portuqal futbolçu, "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın bəyanatına görə, ianələrin təşəbbüskarı Kriştianu Ronaldudur.
Bernardu Silva "Instagram" sosial şəbəkəsinin "Bleacher Report" səhifəsində müsahibəsində deyib: "Kriştianu Ronaldu kömək etməyə həmişə hazırdır. Həvəskar klublara yardım üçün ianə ideyası ona məxsusdur. Portuqaliya komandasının oyunçuları "Euro 2020"də iştiraka görə mükafatın məbləğinin yarısını ianə edəcəklər və bu ideyanın təşəbbüskarı məhz odur".