Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Olimpiya həmrəyliyi proqramı çərçivəsində güləşin 53 sərbəst, 39 yunan-Roma növünün təmsilçisinin və 36 qadın güləşçinin xüsusi təqaüdlə təminatını Tokio Olimpiadası başlayanadək davam etdirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu siyahıya 5 Azərbaycan güləşçisi də daxildir. Bunlar sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, yunan-Roma növü üzrə dünya çempionu Rəsul Çunayev, 3 Olimpiya Oyunlarının mükafatçısı, ikiqat dünya çempionu Mariya Stadnik, Avropa çempionatının üçqat bürünc mükafatçısı Alyona Kolesnik və IV İslam Oyunlarının qızıl medalçısı Leyla Qurbanovadır.