İngiltərənin “Arsenal” klubu Fransanın “Paris Sen-Jermen” komandasının müdafiəçisi Levin Kurzava ilə razılığa gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilib ki, Paris klubu ilə müqaviləsi 2020-ci ilin iyununda başa çatacaq 27 yaşlı müdafiəçi London təmsilçisinə azad agent kimi keçəcək. Onunla beşillik müqavilə imzalanacaq.
Xatırladaq ki, Kurzava 2015-ci ildən “Paris Sen-Jermen” klubunda çıxış edir.