“Rusiya 2018”: İngiltərə-Panama matçı start götürüb

A- A A+

Bu gün “Rusiya 2018”in onbirinci gününə “G” qrupunda yer alan İngiltərə və Panama milliləri arasındakı qarşılaşma ilə start verilib.

NUHÇIXAN xəbər verir ki, “Nijniy Novqorod Arena”da oynanılan görüşdə ingilislərin start heyətində meydana Cordan Pikford, Kayl Uoker, Con Stounz, Hari Maqayer, Kiran Trepyer, Eşli Yanq, Cordan Henderson, Cesi Linqard, Ruben Loftus-Cik, Rəhim Sterlinq, Hari Keyn çıxıblar. Komandanın baş məşqçisi Qaret Sautqeytdi.

Panama yığmasının məşqçisi Ernan Qomes ilk “11-lik”də Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriqes, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas və Blas Peresə şans verib.

Görüşü misirli Qrişa Gehad idarə edir. Qarşılaşma İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: